ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH” qruplarının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev - elm və təhsilin inkişafı” mövzusunda seminar keçirilib.
Seminarın qonağı iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, professor Əli Əlirzayev Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elm və təhsilin inkişafı sahəsində aparılan məqsədyönlü siyasət və əldə olunan misilsiz nailiyyətlərdən söz açıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Seminar müzakirələrlə davam etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər