“Heydər Əliyev və Azərbaycan gəncliyi” - BDU-da tədbir

“Heydər Əliyev və Azərbaycan gəncliyi” - BDU-da tədbir Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Texniki Universitetinin “SABAH” mərkəzlərinin birgə təşkilatçılığı ilə BDU-da müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevə həsr edilmiş “Tarixə yazılan ömür” adlı videoçarx nümayiş olunub.
“SABAH” mərkəzləri rəhbərlərinin və tələbələrin iştirak etdikləri tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Ulu Öndər gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəldib. Bu istiqamətdə böyük işlər görməklə Ulu Öndər Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olub. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, onları aparıcı qüvvəyə çevirmək məqsədilə bütün lazımi tədbirlər görülür.

Tehsil-press.az



Oxşar xəbərlər