2023-cü il Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) elm, tədris, beynəlxalq əlaqələr və s. bir çox sahələrdə olduğu kimi, universitetin ictimaiyyətlə əlaqələr və marketinq fəaliyyətində də uğurlu il kimi xarakterizə oluna bilər.
İl ərzində universitetin rəsmi saytı, sosial media səhifələri və digər kommunikasiya kanalları vasitəsilə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən yeniliklər aparıcı kütləvi informasiya vasitələri, informasiya agentlikləri, telekanallar, habelə çap mediasında müntəzəm qaydada işıqlandırılıb. ADPU-nun mətbu orqanı olan “Gənc müəllim” qəzeti çap və elektron qaydada dərc olunaraq yayımlanıb.
İl ərzində rəsmi informasiya yayımı ilə yanaşı, jurnalistlər, ictimaiyyət nümayəndələri və tələbələrdən daxil olan minlərlə sual və sorğular operativ qaydada cavablandırılıb, zəruri hallarda müvafiq açıqlama və müsahibələr verilib, universitet əməkdaşları və tələbələrin dövri mətbuatda və televiziyalarda ictimai müzakirə mövzusu olan məsələlərdə fəal fikir bildirmələrinə dəstək göstərilib. “ADPU TV” yutub televiziyasında mütəmadi qaydada yeni verilişlər, rubrikalar, tanınmış elm-təhsil xadimləri ilə müsahibələr hazırlanaraq yayımlanıb. O cümlədən il ərzində universitetin əməkdaşları və tələbələrinin uğurları, elmi nəticələri, iştirak etdikləri mötəbər tədbirlər haqqında reportajlar hazırlanaq təqdim olunub.
Şöbə, eyni zamanda, Pedaqoji Universitetlə bağlı reklam və çap məhsullarının hazırlanması və nəşri, tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması, abituriyent və yeni qəbul olunan tələbələrlə davamlı işin aparılması istiqamətində ardıcıl fəaliyyət icra edir.
ADPU-nun filialları, kolleci, baza məktəbi, fakültələri və ictimai təşkilatları ilə kommunikasiyanın operativliyinin və informasiya yayımının səmərəliliyinin artırılması üçün Elmi şurada “ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq siyasətinə dair qaydalar” təsdiqlənib. Qaydalara uyğun olaraq müvafiq strukturlarda ictimaiyyətlə əlaqələr və marketinq üzrə məsul şəxslər təyin edilib və onlar üçün şöbə əməkdaşları və peşəkar təlimçilər tərəfindən “Təhsil sahəsində ictimaiyyətlə effektiv əlaqə” təlim kursu keçirilib.
Şöbə tərəfindən mütəmadi olaraq media savadlılığı ilə bağlı müxtəlif səpkili görüş, seminar və təlimlər həyata keçirilir. Bu fəaliyyət çərçivəsində icra olunan növbəti bir layihə isə istedadlı tələbələr üçün təcrübə proqramıdır.
Universitetin marketinq siyasətinin həyata keçirilməsində fərqlənən məsul şəxslər və tələbələr üçün mütəmadi olaraq rəğbətləndirmə tədbirləri həyata keçirilir.
ADPU-nun sosial media səhifələri tələbələr və ictimaiyyət arasında etibarlı mənbə kimi rəğbət görür və bu hesablar üzərindən gün ərzində onlarla müraciət operativ qaydada cavablandırılır. Hazırda ADPU-nun rəsmi feysbuk səhifəsində 10 min nəfərədək, instaqram səhifəsində 18 min nəfərdən çox, teleqram səhifəsində 5400 nəfərədək, “ADPU TV” yutub kanalında 5300 nəfərədək aktiv izləyici kütləsi mövcuddur.
2023-cü il ərzində Pedaqoji Universitet haqqında KİV-də 688 xəbər dərc edilib ki, bu xəbərlər də ümumilikdə 3596 mənbədə yayımlanıb. İlin media yekunlarına əsasən, ortalama olaraq ADPU haqqında KİV-də 1 aya 57, 1 günə 2 xəbər yayımlanıb ki, bu xəbərlər də ortalama olaraq 1 aya 300, 1 günə 10 mənbədə dərc edilib.
Mediada xəbər və mənbə sayının müqayisəli təhlilinə əsasən, 2023-cü ilin müvafiq dövründə 2022-ci ilə nisbətən xəbər yayımı 22,86 faiz, xəbərlərin yayımlandığı mənbə sayı isə 22,48 faiz, 2021-ci illə müqayisədə isə müvafiq olaraq xəbər yayımı 109,75 faiz, xəbərlərin yayımlandığı mənbə sayı isə 92,3 faiz artıb.
Sistemli fəaliyyətin nəticəsidir ki, son iki il ərzində tələbələr və ictimaiyyət tərəfindən universitetlə bağlı müxtəlif kənar platforma və qurumlara edilən müraciətlər sıfır səviyyəsinə enib.
Şöbənin iş planına əsasən, sosial şəbəkə hesabları üzərindən ictimai rəyi öyrənmək, səhifələrin işini təkmilləşdirmək məqsədilə ADPU-nun sosial media hesablarının fəaliyyətindən məmnunluq haqqında onlayn sorğu keçirilib. Rəyi soruşulanların (787 respondent) 76 faizi (602 respondent) səhifələrin fəaliyyətindən razı olduqlarını bildiriblər.
Cari ilin dekabr ayında şöbənin əməkdaşlıq etdiyi KİV nümayəndələri və ADPU-nun müvafiq struktur bölmə rəhbərləri ilə aparılan anket sorğusunun nəticələrinə əsasən, respondentlərin 90 faizə qədəri şöbənin fəaliyyətindən tam razı olduğunu, 10 faizi isə razı olduqlarını bildiriblər.
Tehsil-press.az