Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyasına start verilib.
İmtahan sessiyası fevralın 3-dək davam edəcək. İmtahan sessiyasının Elm və Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə rektor Gülçöhrə Məmmədova tərəfindən əmr imzalanıb.
Əmrə əsasən, imtahan sessiyası əyani formada təşkil olunub. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə əsasən magistratura səviyyəsində test və şifahi, bakalavriat səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada keçiriləcək.
Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət nəzarət qrupu yaradılıb.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.
İmtahan sessiyası dövründə rektorun sədrliyi ilə yaradılmış Münaqişə Komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri ilə bağlı şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.
Tehsil-press.az