Azərbaycan dünya pasportlarının reytinqi siyahısında 61-ci yerdə qərarlaşıb.
Bu barədə Kanadanın “Arton Capital” konsaltinq şirkəti hesabat yayıb.
Reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi və gəliş zamanı viza ilə daxil ola biləcəyi ölkələrin sayına əsaslanır.
Belə ki, Azərbaycan vətəndaşları 32 ölkəyə vizasız, 115 ölkə üçün isə, əvvəlcədən viza almaqla gedə bilərlər. Beş ölkəyə giriş üçün elektron icazə tələb olunur, digər 46 ölkəyə isə, gəldikdən sonra viza almaq imkanları var.
Qeyd edək ki, reytinqin lideri BƏƏ pasportu olub, onun sahibləri 132 ölkəyə vizasız gedə, daha 48 ölkədə isə gəliş zamanı viza ala bilərlər. Yalnız 18 ölkədə müvəqqəti viza tələb olunacaq.
İkinci yeri Almaniya, İspaniya, Fransa, İtaliya və Niderland bölüşüblər. Onların vətəndaşları 20 ölkəyə səfər etmək üçün əvvəlcədən viza almalıdırlar. Üçüncü yerdə İsveç, Finlandiya, İsveçrə, Avstriya və Lüksemburqdur (21 ölkədə ilkin viza tələb olunur).
Reytinqdə sonuncu, 97-ci yeri Suriya pasportu tutub.
Tehsil-press.az