Dilçilik İnstitutunun elmi katibi Türkiyədə beynəlxalq konfransda iştirak edib

Dilçilik İnstitutunun elmi katibi Türkiyədə beynəlxalq konfransda iştirak edib AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva Türkiyənin İstanbul şəhərində keçirilən və “Merit Group” şirkətinin baş texniki direktoru Mesut Gülaçtının təşkil etdiyi “App Sheet” proqramının tətbiqi təlimi” adlı beynəlxalq konfransda iştirak edib.
Beynəlxalq konfransda Türkiyə və Azərbaycanla yanaşı, Avropanın 8 ölkəsindən 40-dan çox nümayəndə iştirak edib. Tədbirin əsas məqsədi dövlət müəssisələrini “Google AppSheet” və “Google App Script” proqramları ilə gücləndirmək olub. Konfrans həm də insan qaynaqları sahəsində Avropa dəyərlərinin və standartlarının təbliği üçün əhəmiyyətli platforma olub.
Konfrans iştirakçıları sertifikatlarla təltif ediliblər.

Tehsil-press.az


Oxşar xəbərlər