Qırx dörd günlük Vətən müharibəsindən və erməni separatçılarına qarşı keçirilən antiterror tədbirlərindən sonra respublikamızın ərazi bütövlüyü tam bərpa olundu. İndi Qarabağda həyat ermənilərin qeyri-qanuni əməllərinə, yersiz müqavimətlərinə baxmayaraq, öz axarına düşür. Bu dinc həyat yalnız azərbaycanlılara deyil, bu həm də Qarabağda yaşayan erməni vətəndaşlarına aiddir. Azərbaycan dövləti milliyyətindən, dilindən və dinindən asılı olmayaraq, öz vətəndaşlarının hüquqlarını qoruyan tolerant dövlətdir. Çoxlu sayda erməni əhalisinin Qarabağda qalıb yaşamaq istəyi bunu bir daha sübut edir. Mütərəqqi bəşəriyyət Azərbaycan xalqının humanistliyinə, mübarizlik və əzmkarlıq qüdrətinə malik olduğunun əminliklə şahidi oldu.
Bu barədə Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri professor Elxan Hüseynov məlumat verib. O qeyd edib ki, antiterror tədbirlərində heç bir itki vermədən separatçı qüvvələrin tərk-silah edilməsi Azərbaycan Ordusunun yüksək peşəkarlığının və qəhrəmanlığının parlaq təzahürü oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza xas olan bu igidlik ənənələrini dönə-dönə vurğulayaraq belə bir faktı nəzərə çatdırır ki, separatçıların qeyd-şərtsiz təslim olmaları labüd və qarşısı alına bilinməyən bir hadisə idi. Məhz hərbçilərimizin qəhrəmanlığı, dövlət başçısının müdrikliyi sayəsində belə bir Qələbə əldə edildi, strateji əhəmiyyət daşıyan bütün yüksəkliklər və təpələr nəzarətə götürüldü. Bu Qələbə həm də Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin edən, bölgəyə sülh və əmin-amanlıq gətirən Qələbə kimi tarixə yazılıb. Bu Qələbədən sonra yalnız Qarabağ ermənilərinin deyil, ümumiyyətlə, mütərəqqi düşüncəli bütün ermənilərin gələcəyə ümidləri artdı. Onlar qəti şəkildə inandılar ki, Ermənistan hökuməti sülhün əldə olunmasına ciddi əngəllər törədir. Xalq dili ilə desək, od ilə su arasında çaş-baş qalıb xarici havadarlarının ikili standartları ilə hərəkət etmək erməni xalqının gələcək taleyini şübhə altına alır.
“Bir qrup separatçının qanunsuz əməlləri, Ermənistan hökumətinin düşünülməmiş addımları sülhə ciddi maneə törədir. 2023-cü ilin sentyabrın 9-da Qarabağda qeyri-qanuni seçkilərin keçirilməsi məhz belə bir təhlükəli istiqamətə yönəlmişdi. Prezident İlham Əliyevin dediyi kimi, “bu cür seçkilərin keçirilməsi qırmızı xətt idi. Birinci qırmızı xətt isə Ermənistanın baş naziri Paşinyanın separatçı rejimə təbrik məktubunun göndərilməsi idi”. Əslində, bu cür təzadlı addımlar Ermənistan hökuməti tərəfindən dəfələrlə təkrar edilən və ağır nəticələrə gətirib çıxaran düşüncəsiz hərəkətlərdir. Halbuki sadə ermənilər sülh istəklərini heç vaxt gizlətmirlər və dəfələrlə Azərbaycan hökumətinə, səlahiyyətli nümayəndələrə bu barədə müraciətlər etmişlər”, - deyə E.Hüseynov bildirib.
Qarabağın işğaldan azad edilmiş ərazilərinin indi böyük qətiyyətlə bərpa olunduğunu deyən professor qeyd edib ki, bu ərazilərin sakinləri dədə-baba ocaqlarına qayıdırlar. Bu qayıdış xalqın özünə inamının qayıdışıdır, Müzəffər Ali Baş Komandana yüksək etimadın nümunəsidir. Zabux kəndində sürətlə gedən tikinti-quruculuq işləri, yeni yaşayış binalarının salınması Azərbaycan vətəndaşlarının rahat yaşamaları, doğma kəndlərində qurub-yaratmaları üçündür. Həyata keçirilən bu cür bütün tədbirlər dövlət başçısının öz vətəndaşlarına göstərdiyi qayğının bariz təcəssümüdür. Digər bir tərəfdən ermənilərin Qarabağda yerlə-yeksan edib viran qoyduqları şəhər və kəndlərin, qəsəbələrin xarabazara çevrilmiş görüntüləri heç bir insanlığa sığmır. Yaşayış məntəqələrinin, dini ocaqlarımızın, tarixi abidələrin darmadağın edilməsi Azərbaycan dövlətinə ciddi problemlər yaratsa da, heç bir beynəlxalq təşkilatlardan, başqa ölkələrdən kömək almadan Azərbaycan dövləti bu əraziləri özü bərpa edir. Viran qoyulmuş yaşayış məntəqələri yenidən tikilir, evlər ucaldılır, yollar çəkilir, körpülər salınır, iş yerləri açılır. Bütün bunlar isə əsaslı maliyyə xərcləri, ciddi maddi vəsait tələb edir. Bütün bunların şahidi olduqca, şübhəsiz ki, hər bir azərbaycanlının qəlbi qürur hissi ilə döyünür. Vətən müharibəsi Azərbaycan xalqının qüdrətini, Sərkərdə-Xalq-Ordu birliyinin əzəmətini nümayiş etdirirsə, Qarabağda aparılan bərpa və quruculuq işləri dövlətimizin iqtisadi gücünün, potensial imkanlarının böyük miqyasını üzə çıxarır.
“Laçın-Xankəndi yolunun çəkilməsi çox əhəmiyyətli bir hadisədir. Məhz bu yeni marşrut Laçın şəhərini onun əsil sakinlərinə qaytardı. İndi laçınlılar mərhələ-mərhələ öz yurdlarına qayıdırlar. Dövlətinə, dövlətinin başçısına ürəkdən güvənən hər bir şəxs doğma yurdunda əkib-becərir, gələcək günlərə inamla, sonsuz ümidlə baxır”, - deyə E.Hüseynov fikrini yekunlaşdırıb.
Tehsil-press.az