İsrailə qarşı hücumları pislədi

İsrailə qarşı hücumları pislədi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İsrailə qarşı silahlı hücumları pisləyib.
Bu barədə o, Davosda Dünya İqtisadi Forumu çərçivəsində İsrail lideri İsaak Hersoqla görüşü zamanı danışıb.
“Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti İsrail dövlətinə və onun vətəndaşlarına qarşı həyata keçirilən terror aktlarını pisləyir”, - məlumatda qeyd olunub.
Qaribaşvili və Hersoqun təhlükəsizlik baxımından mövcud olan çağırışlarla bağlı fikir mübadiləsi apardıqları da bildirilir.

Tehsil-press.az



Oxşar xəbərlər