Yaponiya İmperatoru Naruhitonun qızı Şahzadə Ayko Yaponiya Qırmızı Xaç Komitəsində işləyəcək. O, aprelin 1-dən orada müqavilə əsasında çalışacaq. Şahzadə hazırda Qakushuin universitetinin Filologiya fakültəsində təhsil alır. O, mart ayında təhsilini başa vurub sözügedən qurumda fəaliyyət göstərəcək.