ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin Əmman şəhərinə səfəri çərçivəsində İordaniya XİN-in Diplomatiya İnstitutu, İordaniya Universiteti, həmçinin Əmmanda fəaliyyət göstərən beyin mərkəzləri ilə bir sıra görüşlər keçirilib.
Görüşlər əsnasında ADA Universiteti ilə Əmmandakı ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri, birgə elmi araşdırmaların həyata keçirilməsi və nəşrlərin dərc edilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.
F.İsmayılzadə ADA Universitetində fəaliyyət göstərən fakültələr, bu ali təhsil ocağının nəzdində tələbə və tədqiqatçılar üçün təşkil olunan müxtəlif kurs və treninqlər barədə ətraflı məlumat verib, iordaniyalı həmkarlarını Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq humanitar tədbirlərdə fəal iştirak etməyə dəvət edib.
Keçirilmiş görüşlərin yekununa dair “ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə İordaniya Xarici İşlər Nazirliyinin Diplomatiya İnstitutu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “ADA Universiteti ilə İordaniya Universiteti arasında Elmi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Görüşlərdə Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov iştirak edib.
Tehsil-press.az