Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Virtual reallıq və innovasiyalar vasitəsilə peşə təhsilinin və təlimin keyfiyyətinin artırılması” (VrinVET) adlı “Erasmus+” layihəsi çərçivəsində Türkiyənin Nevşəhər Hacı Bektaş Vəli Universiteti (NEVU) ilə tərəfdaşlığa başlayıb.
Nevşəhər Hacı Bektaş Vəli Universitetində VrinVET layihəsi çərçivəsində tərəfdaşların ilk idarəedici görüşü keçirilib. “Erasmus+” proqramı çərçivəsində icra olunacaq layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi məktəb rəhbərlərinə, pedaqoqlara, müəllimlərə və tələbələrə XXI əsrin təhsil texnologiyalarından yaradıcı və səmərəli şəkildə istifadənin öyrədilməsi və həvəsləndirmədir.
Görüşdə Türkiyə, Azərbaycan, Albaniya, Əlcəzair, Yunanıstan, İtaliya və Polşadan olan nümayəndələr iştirak ediblər. Layihə çərçivəsində təşkil olunan səfərdə ADPU-nu Xarici Dillər Mərkəzinin baş müəllimləri Yasəmən Babayeva və Jalə Səmədova təmsil ediblər.
Görüşün əvvəlində NEVU rektoru professor Semih Aktekin giriş nitqi ilə çıxış edib. Daha sonra layihə rəhbəri, professor Mustafa Hilmi Çolakoğlu layihə və universitet haqqında məlumat verib. Həmçinin Yunanıstan və Albaniyadan olan menecerlər görülmüş və görüləcək işlər və layihəyə ayrılmış büdcə haqqında məlumat veriblər.
Növbəti gün isə nümayəndələr texnoparka gedərək layihədə istifadə olunacaq VR gözlüklər və cihazlarla tanış olublar.
Tehsil-press.az