Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Qarabağ müharibəsi veteranı, şair-publisist, Əməkdar jurnalist, ehtiyatda olan mayor Rəşid Faxralı ilə görüş keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Universitetin “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı Knyaz Aslan son illərdə xalqımızın həyatında mühüm tarixi hadisələrin baş verdiyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu bildirib, bugünkü tədbirin də məhz hərbi vətənpərvərlik ovqatına kökləndiyini vurğulayıb. Knyaz Aslan Rəşid Faxralının hərbi jurnalist kimi fəaliyyəti və ədəbi-bədii yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib: “Rəşid Faxralı ilə görüşün onun məzunu olduğu BDU-da, eyni zamanda “Zəfər tarixi” lektoriyasında keçirilməsi heç də təsadüfi deyil. Rəşid Faxralı şair, publisist, hərbi jurnalist kimi çoxsaylı maraqlı əsərləri, oxunaqlı kitabları ilə öz imzasını təsdiqləmiş ziyalıdır. O, qalib Vətənimizin qalib zabiti, eyni zamanda Universitetimizin şöhrətini ucaldan məzunumuzdur. Rəşid Faxralı 1990-cı illərin əvvəllərindən cəbhə bölgələrini qarış-qarış gəzib, əsgər və zabitlərimizin barıt qoxulu döyüş yolu barədə reportajlar, məqalələr, oçerklər hazırlayıb, şeirlər, poemalar yazıb. Onun yaradıcılığı gənc nəsil üçün vətənpərvərlik örnəyi, cəngavərlik dərsliyi, mübarizə kitabıdır. Əminəm ki, onun ədəbi-bədii irsi gələcəkdə elmi araşdırmaların obyektinə çevriləcək”.
Tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, Qarabağ müharibəsi iştirakçıları, ehtiyatda olan polkovnik-leytenantlar Bəxtiyar Əliyev, Əməkdar müəllim Bayram Məmmədov, “Azərbaycan Ordusu” qəzetinin məsul katibi, kapitan Mahmud Möhbalıyev, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və başqaları çıxış edərək, Rəşid Faxralının həyat və yaradıcılığının müxtəlif məqamlarından danışıb, onun haqqında ürək sözlərini bölüşüblər.
İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin ifasında Rəşid Faxralının şeirləri səsləndirilib, vətənpərvərlik ruhunda musiqilər ifa olunub.
Sonda çıxış edən Rəşid Faxralı tədbirin təşkilinə görə BDU rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib, şeir, poema və publisistik yazılarının toplandığı “Əsgər nəfəsi” adlı yeni kitabını BDU-ya hədiyyə edib.
Tehsil-press.az