Britaniyalı nazirin olduğu təyyarə ilə əlaqə kəsildi - RUSİYA İZİ

Britaniyalı nazirin olduğu təyyarə ilə əlaqə kəsildi - RUSİYA İZİ Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın Polşadan qayıdarkən olduğu təyyarənin peyk siqnalını pozmaqda Rusiya şübhəli bilinir.

Bu barədə Reuters agentliyinə Britaniya hökumətindəki mənbə və Şappsla birlikdə səyahət edən jurnalistlər məlumat verib.

Bildirilir ki, təyyarə Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçarkən GPS siqnalı təxminən 30 dəqiqə bloklanıb. Bu müddət ərzində nternetə qoşulmaq mümkün olmayıb, Ona görə də təyyarə yerini müəyyən etmək üçün alternativ üsullardan istifadə etməyə məcbur qalıb.

Britaniya Müdafiə Nazirliyi vəziyyəti rəsmi şərh etməkdən imtina edib.

Tehsil-press.az

Oxşar xəbərlər