Ali təhsil ocağının əsas korpusunun önündə təşkil edilən tədbirdə universitetin rektoru Elbrus İsayev Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edib. Bayramın ölkəmizdə dövlət səviyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Ölkəmizin müstəqilliyinin bərpa olunması ilə bu bayramın daha da rəngarəng, şən və yüksək əhval-ruhiyyədə keçirildiyi vurğulanıb. Bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, birlik qardaşlıq bayramı olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Vurğulanıb ki, müzəffər Ali Baş Komandanımız və qüdrətli ordumuzun sayəsində artıq işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edir. Gənclərə milli-mənəvi dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı tövsiyyə edən rektor hər kəsi bayram münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıb.
Universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq yallı rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Tədbirdə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib. Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, yumurta döyüşdürməsi maraqla qarşılanıb.
Sonra çay süfrəsi ətrafında davam edən tədbirdə İncəsənət və Pedaqoji fakültələri müəllim və tələbələrinin hazırladıqları dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid sənət nümunələri nümayiş etdirilib. Çay süfrəsində bayramın milli şirniyyatları paxlava, şəkərbura, qoğal, müxtəlif çörəklər, qəlyanaltılar, içkilər, şərbətlər və şirniyyatlar təqdim edilib. Konsert proqramında Xalq Çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının, Tələbə Teatr Studiyasının, “Naxçıvan qala” ritm qrupunun, Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin çıxışları maraqla qarşılanıb. Ali təhsil ocağında təhsil alan əcnəbi tələbələrin də milli bayramımızda azərbaycanlı tələbələrlə birgəlik nümayiş etdirməsi tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Tələbələr milli musiqilərimiz və rəqslərimizi ifa etməklə hər kəsə maraqlı anlar yaşadıblar.
Tədbirdə həmçinin idmanın güləş növündə təmsil olunan gənclərin nümunəvi çıxışları sərgilənib.
Sonda xatirə şəkli çəkdirilib.
Tehsil-press.az