Universitetin rektoru Elbrus İsayev Naxçıvanda musiqi təhsilinin formalaşmasında və inkişafında ali təhsil ocağının Konservatoriyasının xüsusi rola sahib olduğunu qeyd edib. Bildirilib ki, İncəsənət fakültəsində ilk kafedra məhz Fortepiano kafedrası olub. Vurğulanıb ki, bu kafedranın müəllimlərinin əksəriyyəti Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan sənətkarlardır. Elə bu səbəbdəndir ki, muxtar respublikanın musiqi məktəblərində, Musiqi Kollecində və ali təhsil ocaqlarında kafedranın yetirmələri fəaliyyət göstərir. Rektor nəinki muxtar respublikada, eyni zamanda ölkəmizdə də bu sahəsində seçilən fortepianoçuları təbrik edib, onlara cansağlığı və yaradıcılıq sevincləri arzulayıb.
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nazilə Qardaşbəyova əlamətdar günün tarixindən danışıb. Diqqətə çatdırılıb ki, məşhur alman musiqiçisi, bəstəkarı Nils Frahmın təşəbbüsü ilə ilin 88-ci günündə bütün dünya bu sirli-sehrli, ecazkar çalğı alətinin gününü qeyd edir. 88-ci tarix isə pianonun həmin sayda dillərinin olması ilə əlaqədardır.
Sonra Fortepiano kafedrasının konsert proqramı nümayiş olunub. Tələbələrin dünya və Azərbaycan klassiklərinin əsərlərindən ifaları alqışlarla qarşılanıb.
Sonda Fortepiano kafedrasının müdiri, professor, Prezident təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının ilk qadın dirijoru Səidə Məmmədovanın ifası tamaşaçıların zövqünü oxşayıb.
Tehsil-press.az

Səadət ƏLİYEVA
Tehsil-press.az