Ağakərim ayağa qalxa bilər? - Həkim açıqladı - VİDEO

Ağakərim ayağa qalxa bilər? - Həkim açıqladı - VİDEO Xəbər verdiyimiz kimi, Ağakərim ləqəbi ilə ölkədə məşhurlaşan meyxanaçı Kərim Novruzovun mayın 1-də 60 yaşı tamam olub.

Elgizlə izlə" ictimai-sosial verilişinin çəkiliş heyəti illərdir ki, yatağa məhkum olan sənətkarın yaşadığı evə yollanıb.

Ağakərimin oğlu Kamil atasının səhhəti ilə bağlı bu sözləri dilə gətirib:

"Əvvəllər biz ata-oğul idik. Atam çox zəhimli insan olub. O münasibəti də saxlayıb. İndi mən atamla dostam. Amma mən onunla yenə ata-oğul olmaq istəyirəm".

Meyxanaçının evində onu müayinə edən həkim-reabilitoloqlar isə Ağakərimin yaxın müddətdə aparılacaq müalicələr nəticəsində ayağa qalxacağı ilə bağlı müsbət proqnoz veriblər:

"Biz Ağakərimi müayinə etdik. O, 2017-ci ildə sol tərəfli hemiparez diaqnozu ilə işemik insult keçirib. Aparılan müayinələrin nəticəsində onun vəziyyəti yaxşılaşıb, özü sərbəst yerimə ixtiyarında olub. Lakin sonradan reabilitasyon tədbirlər həyata keçirilmədiyinə görə onun da günahı özlərində yox, təbabətdədir ki, heç bir həkim tövsiyə etməyib ki, reabilitasyon tədbirlər həyata keçirilsin.

Bunlar olsaydı, onun itirilmiş orqanı bərpa olardı. Xəstəni fiziki və nevroloji müayinə etdik. Onun bütün böyük oynaqlarında kontrakturalar ortaya çıxıb. Belə olan halda kiçik bir hərəkət ona ağrı və qıcıq verir, narahatlıq törədir. Əminəm ki, reabilitasyon tədbirlər həyata keçirildikdən sonra Ağakərim ayağa qalxacaq. Nitqində bəzi dəyişikliklər var. Söz və tələffüz etmək iqtidarındadır. Kontakta da girir".

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.



Tehsil-press.az

Oxşar xəbərlər