Fizika Universitetinin əməkdaşları Beynəlxalq Konfransda iştirak ediblər

Fizika Universitetinin əməkdaşları Beynəlxalq Konfransda iştirak ediblər Fizika İnstitutunun icraçı direktoru, professor Hüseyn İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva və bir qrup əməkdaş Gəncə şəhərində elmi ezamiyyətdə olublar. Ezamiyyətdə məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək olub. Konfrans Gəncə Dövlət Universitetində təşkil olunub. “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən elmi konfrans 3 gün davam edib.

Konfransın keçirildiyi müddət akademik Çingiz Cuvarlının doğum gününə təsadüf etdiyi üçün əməkdaşlar onun məzarını da ziyarət ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər