Lənkəranda gənclərlə görüş keçirildi - Fotolar

Lənkəranda gənclərlə görüş keçirildi - Fotolar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Lənkəran Dövlət Universiteti və Sosial və Aqrar-Texnoloji Kolleclə birgə gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib.

Tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı, ali məktəbin müəllim və tələbələri, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edib.

Mərasimdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyini vurğulayıb. Həmçinin sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib.

Görüşdə iştirak edən “Azərbaycan bayrağı” ordenli Sulduz Həbibov 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələrini çatdırıb. Tədbirin sonunda tələbələr tərəfindən səhnələşdirilən, zərərli vərdişlərin ailələrə vurduğu ziyandan bəhs edən kiçik tamaşa nümayiş olunub.

Qeyd edək ki, analoji tədbir əvvəlki aylarda ölkənin bir sıra rayonlarında təşkil edilib və gələcək aylarda digər yerlərdə də keçirilməsi planlaşdırılır.

Lənkəranda gənclərlə görüş keçirildi - Fotolar
Lənkəranda gənclərlə görüş keçirildi - Fotolar
Lənkəranda gənclərlə görüş keçirildi - Fotolar


Tehsil-press.az

Oxşar xəbərlər