Politoloq: ""Gürcü arzusu" Partiyasının seçkilərdə qalib gəlməsi və ya məğlub olması bu xəttin taleyini ciddi şəkildə müəyyən etmiş olacaq"
Son aylar Gürcüstanın ərazi bütövlüyünü bərpa edəcəyi ilə bağlı xəbərlər artıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze 26 may Müstəqillik Günü ilə bağlı çıxışında deyib ki, məqsədləri “vəd edilmiş torpaqlar”ın qaytarılmasını və ya “gürcü arzusu”nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır.
Baş nazir bildirib ki, söhbət konkret 2030-cu ildən gedir: “2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tam hüquqlu üzvü olmalıdır”.
Abxaziya və Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub. Bu danışıqlar Rusiya Abxaziya və Cənubi Osetiyanı müharibə nəticəsində faktiki olaraq işğal etdikdən sonra aparılıb həm də. 2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif edib, lakin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd edib, aydındır Rusiyaya görə Qərb buna imkan verməyib. Nəticədə Rusiya separatçı regionların “müstəqilliyini” tanıyıb. İndi Suxumidə separatçılar artıq narahatdır ki, “Rusiyanın regional siyasətində tektonik plitələr dəyişdikdə” Abxaziya Moskva və Tiflisin “böyük planının bir hissəsinə çevrilə bilər”. Cənubi Qafqaz üzrə tanınmış britaniyalı ekspert Tomas de Vaalın “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində də buna eyhamlar var.
Yəni ehtimal edilir ki, Moskva və Tiflis arasında hansısa pərdəarxası danışıqlar da var. Rusiyanın Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər.
Beləliklə, Gürcüstan özü üçün yeni hədəf müəyyən edib. Bəs bu nə qədər real görünür? Gürcüstan bu məsələdə Azərbaycanın yolunu izləyə bilərmi?
Almaniya Avropa İttifaqının bir nömrəli iqtisadi gücüdür" - Anar Əliyev News 365
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Cənubi Qafqazda baş verən hadisələrdə xüsusilə də Azərbaycanın ortaya qoyduğu qətiyyətli iradənin davamı olaraq digər region dövlətlərində də bir sıra proseslərin, fərqli istiqamətlərə yönəlmiş addımların atıldığını müşahidə edirik: “Başlıca olaraq biz bu yanaşmanı Gürcüstanın davranışlarında görməyə başlamışıq. Gürcüstan da Azərbaycanın nümunəsindən istifadə edərək ərazi bütövlüyü ilə bağlı mövcud problemləri, separatçı rejimlərin ləğv edilməsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində müəyyən planlarını açıqlamaqdadır. Təsadüfi deyil ki, baş nazir Kobaxidze Gürcüstanın müstəqilliyi günündə çıxışı zamanı yaxın müddətli planlardan və perspektivdə ölkəsini gözləyə biləcək xoş hadisələrdən bəhs edib. Bu çıxışı zamanı Kobaxidze qısa müddət ərzində Gürcüstanın ərazi bütövlüyünün təmin olunması istiqamətində çox mühüm nəticələrin əldə olunacağını bəyan edib. Bu, təbii ki, Gürcüstan daxilindəki separatçı rejimləri ciddi şəkildə narahat edib. Hesab olunur ki, Azərbaycanın tətbiq etdiyi nümunə, İlham Əliyevin seçdiyi ağıllı siyasət nəticəsində heç bir qlobal güclə baş-başa gəlmədən məsafəli siyasət yeritməklə milli maraqları qorumaq və təmin etmək mümkün imiş. Eyni zamanda İlham Əliyev həm də fərqli bir nümunəni ortaya qoydu ki, Rusiya ilə düşmən olmadan, münasibətləri korlamadan, Qərbin yanında yer alıb Rusiyadan gələcək təhlükələri sığortalama siyasəti yeritmədən, tam əksinə, Rusiya ilə münasibətləri normal saxlamaq, strateji münasibətlər qurmaq və bunun əsasında yanlış klişeləri dəyişmək mümkündür. Rusiya liderləri hər zaman bu düşüncədə olublar ki, keşmiş sovet respublikaları Qərbin yanında yer alaraq bizə qarşı aparılacaq mübarizədə Qərbə dəstək verməyə çalışacaqlar. Ona görə də Rusiya hələ sovet hakimiyyətinin dağılmağa başladığı dövrlərdən davamlı olaraq süni milli, dini, etnik zəminli münaqişələr formalaşdırıb bu münaqişələri idarə etməklə bölgə dövlətlərinin iradəsinə təsir etmək və oradakı prosesləri yönləndirməyə çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiya ilə münasibətləri tamamilə fərqli prizmaya keçirməklə Azərbaycanın Rusiya əleyhinə heç bir platformada yer almayacağını, Rusiya əleyhinə aparılan mübarizələrdə iştirakı olmayacağını, tam əksinə, münaqişələr olmadan da keçmiş müttəfiq respublikalar kimi münasibətləri normal səviyyədə saxlamağın mümkün olduğunu və bu dövlətdən Rusiya üçün hər hansı bir təhdidin gəlməyəcəyi formulunu formalaşdırmış oldu. Kifayət qədər də uğurlu nəticələr əldə olundu. Bir çox hallarda gözlənilməyən, proqnozlaşdırılmayan nəticələri müşahidə etdik”.
Politoloq hesab edir ki, bu nəticələr bir çox dövlətlər kimi Gürcüstan üçün də bir nümunəyə çevrilib. Son dörvlər hakim “Gürcü arzusu” Partiyasının yeritdiyi xətt Azərbaycan Prezidenti İlham Əliyevin formalaşdırdığı yeni istiqamətdən nümunə götürüldüyünü deməyə imkan verir: "Gürcüstan da bir sıra istiqamətli addımlar atmaqla, eyni zamanda “Xarici təsirin şəffaflığı haqında” qanunu qəbul etməklə kənar güclərin ölkə daxilində proseslərə müdaxilə imkanlarını zəiflədib həmin müdaxilə imkanları vasitəsilə anti-Rusiya mövqeyini möhkəmləndirə biləcək dairələri zəiflətmək, bununla da Rusiyada münaqişələr üzərindən deyil, normal münasibətlər qurmaqla da Gürcüstan ərazisində öz maraqlarını təmin edə biləcəkləri təsəvvürlərinin formalaşmasına çalışır. Hesab edirəm baş nazir Kobaxidzenin səsləndirdiyi bu fikirlər həm də bir növ Rusiya elitasına mesajdır ki, siz Gürcüstan ərazisindəki separatçı Abxaziya, Osetiya rejimləri vasitəsilə deyil, elə birbaşa Gürcüstan hakimiyyəti ilə işləməklə də bu bölgədə maraqlarınızı təmin edə bilərsiniz. Bu, çox ciddi bir mesajdır və ciddi bir plandır. Reallaşması nə dərəcədə mümkündür, hələ ki bunu qeyd etmək çox çətindir. Çünki Azərbaycandan fərqli olaraq Gürcüstan daxilində Qərb neoimperialist qüvvələrinin, xüsusilə də ABŞ-ın təsir alətləri çox genişdir, Amerikanın maraqlarına xidmət eləyən qruplar çox ciddi dərin köklərə sahibdirlər. Bu baxımdan qonşu ölkənin tutmağa çalışdığı xəttə qarşı Qərb qüvvələrinin və onun əlaltılarının nə dərəcədə, hara qədər müqavimət göstərə biləcəyi, bu müqavimətə Gürcüstan hakimiyyətinin tab gətirib-gətirə bilməyəcəyi növbəti proseslərin axarına təsir göstərəcək. Hesab edirəm uzağı oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində "Gürcü arzusu" Partiyasının seçkilərdə qalib gəlməsi və ya məğlub olması bu xəttin taleyini ciddi şəkildə müəyyən etmiş olacaq. Gürcüstan xalqı Azərbaycan nümunəsi ilə davam etmək istəyəcəksə, heç bir gücün əlində başqa bir gücə qarşı mübarizə aləti və meydanı olmaq istəməyəcəksə, “Gürcü arzusu” Partiyasını növbəti dəfə iqtidara gətirəcək. Bu halda orta perspektivdə Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı şansları daha da artmış olacaq".
Tehsil-press.az