Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə “StartupFest Naxçıvan” proqramının yekun tədbiri keçirilib. Naxçıvan “ASAN xidmət” mərkəzində təşkil olunan tədbirdə əvvəlcə proqramla bağlı ümumi video təqdimat olub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, “StartupFest Naxçıvan” proqramının icrası muxtar respublika üçün olduqca mühümdür. Layihənin əsas məqsədi müasir düşüncəyə, innovativ ideyaya malik gəncləri, investorları bir araya gətirərək onlar arasında əlaqəni təmin etməkdir. Beləliklə də, son nəticə olaraq yeni startapların meydana çıxmasına şərait yaradılır. Bu baxımdan startapların Naxçıvanda kənd təsərrüfatı, təhsil, yaşıl enerji və digər sahələri əhatə etməsi qarşıda duran əsas prioritetdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra əhəmiyyətindən danışan səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, Dövlət Proqramında əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə yanaşı bu istiqamətlər üzrə startapların dəstəklənməsi də əsas vəzifə kimi yer alıb. Bu mənada “StartupFest Naxçıvan” proqramı səlahiyyətli nümayəndəlik tərəfindən də tam dəstəklənir və inanırıq ki, proqramda yer alan layihələr Naxçıvanın yeni islahatlar mərhələsinə mühüm töhfə verəcək. Lahiyə çərçivəsində gənclər üçün təlimlərin keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi onların karyeralarının düzgün istiqamətləndirilməsinə təsir göstərəcək. Belə tədbirlər bundan sonra da davam etdiriləcək.
Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, bu onun muxtar respublikaya 4-cü səfəridir. “StartupFest Naxçıvan” proqramı çərçivəsində keçirilən təlimlər innovasiya sahəsində problemlərin araşdırılması və vahid nəticəyə gəlinməsində önəmli rola malikdir. Bu təlimlər yenilikləri ortaya çıxarmaqla həm indiki, həm də gələcək nəsilləri də inkişafa aparacaq. Kendis Makdeyqan layihənin təşkilində əməyi keçən bütün təşkilatçılara təşəkkürünü bildirib, komandalara uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qeyd edib ki, indiyədək təşkil olunan bütün layihələrdə naxçıvanlı komandaların uğurlu çıxışları diqqət çəkir. Bu da göstərir ki, burada ideya qaynağı var və bunun inkişafı yüksək nəticələrə gətirib çıxara bilər. “StartupFest Naxçıvan” ikinci festivaldır, birincisi Gəncə şəhərində keçirilib. Naxçıvanda keçirilən festivalın da uğurlu olacağına əminliyini ifadə edən Ceyhun Salmanov Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu günədək həyata keçirdiyi yerli və beynəlxalq əhəmiyyətli layihələrdən söhbət açıb.
Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov ali təhsil ocağının innovasiya yönümdə gördüyü işlərdən, tələbələrin reallaşdırdığı startap layihələrindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra “StartupFest Naxçıvan” proqramının final mərhələsində iştirak edən komandalar hazırladıqları layihələr barədə ətraflı məlumat verib, münsiflərin suallarını cavablandırıblar.
Yekun qiymətləndirməyə görə Naxçıvan Dövlət Universitetinin “Easy Agriculture” komandası I yerin qalibi olub.
“ScappMart” komandası II, “FAYDA” komandası III yerə layiq görülüblər. Qaliblərə pul mükafatı verilib.
Qeyd edək ki, bu il aprelin 1-dən start götürən “StartupFest Naxçıvan” proqramı çərçivəsində qeydiyyat və ilkin seçim proseslərindən sonra ümumilikdə 34 iştirakçı olmaqla 14 komanda müsabiqəyə qoşulub. Bir ay ərzində seçilən komandalar üçün peşəkar mütəxəssislərin təqdimatında uğurlu texnoloji startap təsis etmək üçün tələb olunan müxtəlif məsələlərə dair 7-si fiziki formatda olmaqla ümumilikdə 29 təlim keçirilib.
Tehsil-press.az