Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda növbəti dəfə “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçiriləcək. NUHÇIXAN xəbər verir ki, festival-konqres çərçivəsində tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə çap edilmiş dəyərli elmi əsərlərin təqdimatının təşkilinə başlanılıb.
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları” kitabının və “Ulduz” jurnalının “Qərbi Azərbaycan” xüsusi buraxılışının təqdimatı keçirilib.
Təqdimat mərasimini Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə açaraq qeyd edib ki, bu gün simvolik olaraq “Qərbi Azərbaycana qayıdış” festival-konqresini keçiririk. İki ildir ki, təşkil etdiyimiz konqresin budəfəki açılışını Mahirə xanım Hüseynovanın kitab təqdimatı ilə başlayırıq.
Rektor bildirib ki, Qərbi Azərbaycan mövzusu bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən ziyalılar qarşısında əsas vəzifə kimi qoyulub. Ali Baş Komandanımızın tapşırığı ilə Qarabağın işğaldan azad olunmasını, Qarabağa qayıdışı bizim müzəffər Ordumuz icra edibsə, Qərbi Azərbaycana qayıdışı da alimlər ordusu, yəni bizlər qələmlə, sözlə, fikirlə, tarixlə, ədəbiyyatla təmin etməliyik. Çox məntiqi, çox ideal, ədalətli və sülhə çağırışı olan bir konsepsiyanın müddəasıdır ki, biz bu işi, tarixi ədaləti elmi tədqiqatların, reallığın, gerçəkliyin ixtiyarına buraxaq. Bunu beynəlxalq ictimaiyyətə çatdıraq ki, alimləri, tədqiqatçıları, cəmiyyətimizi Qərbi Azərbaycan kökənli insanları bu işə səfərbər etməklə, heç bir əraziyə iddia etmədən, heç bir mədəni sərvətə iddia etmədən öz ədalətli tələbimizi gerçəkləşdirə bilək. Bunun üçün də biz bu mövzu ətrafında birləşib özümüzü, ictimaiyyəti, eləcə də bütün dünyanı buna inandırmağa çalışmalıyıq. Və bu sahədə də yaxşı haldır ki, 30 il ərzində Qərbi Azərbaycan əsilli alimlərimizin bir hissəsi, hətta Qərbi Azərbaycandan olmayanlar belə Qərbi Azərbaycan mövzusunu həmişə tədqiqatlarında saxlayıblar. Təsadüfi deyil ki, ötən dövrlərdə orada keçən proseslərin, o cümlədən deportasiyaların, soyqırımların, repressiyaların öyrənilməsinə həsr olunmuş müxtəlif məqalələr, nəşrlər işıq üzü görüb. Necə ki bizim xalq Qarabağı heç vaxt unutmadı və İkinci Qarabağ müharibəsi bunu təsdiq etdi. Azərbaycan xalqının, bu millətin tarixi yaddaşı onun Vətənə olan məhəbbəti, sevgisitək əbədidir. Sadəcə, mühit, zaman, lider kimi məsələlər bunu həll edir. Bu gün isə biz çox xoşbəxtik ki, Azərbaycan xalqının uzaqgörən lideri var. Zamanı, vəziyyəti düzgün qiymətləndirən bir sərkərdəsi var və liderimiz Azərbaycan xalqını səfərbər edərək qayıdışımızı, zəfərimizi təmin edib.
Elbrus İsayev diqqətə çatdırıb ki, biz bu festivalı keçirməklə təkcə Azərbaycan ictimaiyyətinə yox, eləcə də beynəlxalq ictimaiyyətə mesaj vermiş oluruq. Bu gün işığına toplaşdığımız kitab təqdimatının özü də ciddi bir mesajdır.
Çıxışçılardan filologiya üzrə fəlsəfə doktoru Arifə Zeynalova, filologiya üzrə fəlsəfə doktoru Qənirə Əsgərova, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, ADPU Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova təqdimatı keçirilən kitab və jurnal haqqında öz fikirlərini bildiriblər.
Sonda müəllif Mahirə Hüseynova çıxış edənlərə öz təşəkkürünü bildirib, bu cür möhtəşəm festival və təqdimatların Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və onun ziyalı komandası tərəfindən təşkil olunmasını örnək bir addım kimi vurğulayıb.
Tehsil-press.az