Milli Məclis özünü nə vaxt buraxacaq? - “Ayın sonuna qədər...”

Milli Məclis özünü nə vaxt buraxacaq? - “Ayın sonuna qədər...” Məlum olduğu kimi, iyun ayının 14-də Milli Məclisin növbədənkənar sessiyası keçirildi. Gözləntilərin əksinə olaraq, həmin iclasda parlamentin özünü buraxdığına dair qərar qəbul edilmədi.

Buna səbəb nədir? Qarşıdakı günlərdə Milli Məclisin növbədənkənar iclası gözlənilirmi? Həmin iclasda parlamentin özünü buraxdığına dair qərar qəbul edilə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, hazırda bununla bağlı konkret məlumat yoxdur: SEO Xidməti

“Milli Məclisin növbədənkənar iclası ayın 21-dədir. Hələki büdcə məsələsinə baxılır. Ona görə də, hansısa bir qərarın qəbul olunması ilə bağlı öncədən bilgi verilməyib. Hesab edirəm ki, iclaslar ümumi prosedur qaydalarına uyğun keçirilir. Ola bilsin ki, növbəti iclaslarda hansısa bir qərar qəbul olunar, amma hələki bu barədə hər hansı müzakirə aparılmayıb”.

Deputat ayın sonuna qədər Milli Məclisin bir neçə sessiyasının ola biləcəyini qeyd edib:

"Milli Məclisin sessiyası sabah da öz işinə davam edəcək. Yəqin ki, ayın sonuna qədər də bir neçə sessiyamız olacaq. Amma Milli Məclisin nə vaxt buraxılacağı, yaxud növbədənkənar yox, ümumi qaydada seçkilərə gediləcəyi yaxın günlərdə bəlli olacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər