Ali təhsil ocağının Elmi kitabxanasında pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmovun "İrəvan Kişi Gimnaziyası və onun azərbaycanlı məzunları" və filologiya elmləri doktoru, professor İbrahim Bayramovun "Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur" adlı kitablarının təqdimatı keçirilib.NUHÇIXAN xəbər verir ki, Universitetin Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov bu gün təqdimatı keçirilən kitabları universitet elmi mühiti üçün dəyərli elmi tədqiqat əsəri kimi qiymətləndirib. Bildirilib ki, ictimaiyyətə təqdim olunan dəyərli kitablar ali təhsil ocağında 2024-2025-ci tədris ilindən əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli-adət ənənələrini və mədəniyyətini gənc nəslə daha ətraflı öyrətmək üçün tədris olunacaq seçmə fənlərin tədris bazası üçün mühüm əhəmiyyətə malikdir.
Universitetin Pedaqoji fakültəsinin məsləhətçi professoru, pedaqogika üzrə elmlər doktoru İsmayıl Əliyev, universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri doktoru Qalibə Hacıyeva, universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Elburus Vəliyev, Pedaqogika kafedrasının dosenti Vahid Rzayev kitablar barədə məlumat veriblər.
Qeyd olunub ki, professor Fərrux Rüstəmovun "İrəvan Kişi Gimnaziyası və onun azərbaycanlı məzunları" adlı kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncamından sonra Qərbi Azərbaycanın tarixi, coğrafiyası, etnoqrafiyası, mədəniyyəti ilə yanaşı təhsili ilə də bağlı xeyli tədqiqatlar meydana gəlib. Vurğulanıb ki, kitabda XIX əsrin 30-cu illərindən XX əsrin əvvəllərinə kimi İrəvanda demokratik təhsil mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya haqqında dolğun məlumat verilib, kişi gimnaziyasının təşəkkülü və inkişafını şərtləndirən amillər təhlil edilib, orta təhsilin məzmununun inkişaf tendensiyaları müəyyənləşdirilib, İrəvan quberniyasında yaşayan azərbaycanlıların Rusiya və Avropa universitetlərinə çıxışını təmin edən gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, direktorları, məzunları və Azərbaycan dili və şəriət müəllimləri haqqında ətraflı məlumat verilib. Kitab təhsil tarixçiləri, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Professor İbrahim Bayramovun "Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur" adlı kitabında Zəngəzurun tarixi coğrafiyası və Qərbi Zəngəzurun Ermənistana verilməsindən bəhs edilir və Zəngəzur toponiminin etimologiyası, ilk dəfə olaraq Azərbaycan dilinin Zəngəzur şivələri tədqiq olunur. Eyni zamanda Qərbi Zəngəzurun tarixi coğrafiyası və etnik tərkibi, toponimləri, oronimləri, hidronimləri, tarixi abidələri, Qərbi Zəngəzurda azərbaycanlılara qarşı törədilmiş erməni vəhşiliyi izah edilir.
Sonda müəlliflər kitabları haqqında səsləndirilən dəyərli fikirlərə görə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, təqdimatda Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitunun professoru, NDU-nun məzunu Səyyarə İbadullayeva çıxış edərək Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından "Xalq təbabətinin unudulmuş reseptləri" adlı kitabı barədə məlumat verib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova dəyərli elmi əsərlərin yazılmasını və tədqiqini tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm amil kimi qiymətləndirib.
Tehsil-press.az