Fizika Institutunda Belarus alimlər qonaq olublar

Fizika Institutunda Belarus alimlər qonaq olublar Fizika İnstitutunda Belarus Respublikasının Belarus İnformatika və Radioelektronika Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Viktor Stempitski və Gənc Tədqiqatçılar laboratoriyasının rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mariya Baranava qonaq olublar.

Görüşün məqsədi müştərək aparılan “Yaddaş elementləri və oxuma başlıqları üçün CoGaxFe2-x04 və (CulnSe2)1-x(MeSe)x (Me=Mn, Fe, Co) maqnit nanohissəcikləri olan kompozitlər əsasında nəhəng maqnit müqavimətinə malik yeni materialların hazırlanması” layihəsi çərçivəsində əldə olunan nəticələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək olub. Qonaqlar ilk olaraq İnstitutun baş direktoru, akademik Arif Həşimovla görüşüblər. Tərəflər təmsil etdikləri qurumların beynəlxalq əlaqələri, aparılan tədqiqatlar nəticəsində əldə olunan ən son nəticələr haqqında qarşılıqlı məlumat veriblər.

Müzakirə əsasında Fizika institutu ilə Belarus İnformatika və Radioelektronika Dövlət Universiteti arasında Analaşılma memorandumunun imzalanması üzrə razılıq əldə edilib.

Qonaqlar Fizika İnstitutunun tarixini əks etdirən stendlərlə tanış olublar.

Daha sonra Fizika İnstitutunun əməkdaşlarının iştirakı ilə Azərbaycan Texniki Universitetində seminar təşkil olunub. Seminarda Viktor Stempitski “Mikroelektronika və sensorların baza elementlərinin layihələndirilməsi və istehsalının perspektiv istiqamətləri” mövzulu məruzə ilə çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər