Zəfər tariximiz “Ali Baş Komandan – Xalq – Ordu” birliyinin bir yumruq kimi eyni hədəfə yönəlməsindən yarandı. Azərbaycan xalqı öz müdrik rəhbərinin başçılığı altında qorxmaz və cəsur oğullarının qəhrəmanlığı ilə torpaqlarına göz dikən yağı düşmən üzərində tarixi və haqlı qələbəsini qazandı. Hələ vaxtı ilə Ümummilli lider Heydər Əliyev uzaqgörənlik və əminliklə “Biz bir gün öz tarixi torpaqlarımıza qayıdacağıq. Mütləq qayıdacağıq!” söyləmişdi. Ümummilli liderin davamçısı cənab İlham Əliyev atası tərəfindən müəyyən edilən siyasi xəttə sadiq qalaraq, özünün də ağıllı və müdrik siyasəti ilə Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanmasını təmin etdi.
Uzun illərdən bəri Ermənistanın işğalçı ordusunun nəzarəti və zülmü altında inləyən tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi birmənalı olaraq xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri idi. Azərbaycan Respublikası 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə öz xeyrinə həll etmiş oldu. Bu tarixi qələbənin nəticəsi olaraq, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və Qarabağda mədəni quruculuq işlərinin başlanılması məhz xalqımızın otuz ildən çox idi ki, gözlədiyi tarixi anın reallığa çevrilməsi dönəmi idi.
44 günlük zəfər yürüşünün davamı olaraq 2023-cü ilin sentyabr ayında keçirilən qısa müddətli və uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verildi. Onu da qeyd edək ki, Xankəndidə ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada 1969-cu ildə ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. Bu İnstitut 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə öz fəaliyyətini dayandırmışdı.
Çox keçmədi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olundu. Beləliklə yeni yaradılmış Qarabağ Universitetində bu ildən dərslər başlanacaq və Qarabağın mədəni həyatında bir canlanma baş verəcəkdir. Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədrisin keçirilməsi baş tutacaqdır. Ölkə başçısının məlum sərəncamları ilə yeni yaradılmış Qarabağ Universitetinin rəhbərliyindən tutmuş tələbə-müəllim heyətinədək hər kəsə dövlət səviyyəsində yüksək qayğı və imtiyazlar şamil olunacaqdır. Ən sevindirici məqamlardan biri də odur ki, artıq qəbul imtahanlarında ən yüksək bal toplayan balalarımız məhz Qarabağ Universitetində təhsil almaq istəyirlər. Həm də yalnız təhsil almaq yox, azad və çiçəklənən Qarabağın havasını udmaq, suyunu içmək, tarixi torpaqlarını azad edən qəhrəman oğulların heç zaman o torpaqlardan silinməyəcək izləri ilə irəliləmək istəyirlər. Gənclərimizdə, sabahın qurucuları olacaq balalarımızda bu şərəfli istək və addımları görmək qürur və fəxr mənbəyimizdir. İnanıram ki, vətən sevgisi, torpaq sevgisi ilə silahlanmış bu gənclər Ali Baş Komandanın etimadını və ümidlərini doğruldaraq ölkəmiz adına gələcəkdə faydalı işlər görəcəklər. Əlbəttə bu yolda gənclərin təlim-tərbiyəsi ilə məşğul olacaq universitet rəhbərliyinin və müəllimlərin də üzərinə böyük yük düşür. Onu da vurğulamaq yerinə düşərdi ki, təlim-tərbiyə işləri ilə məşğul olacaq heyətin də əksər hissəsini gənclər təşkil edirlər. Beləliklə qarşıda bizləri əvvəlki illərdən bir çox özəllikləri ilə seçilən tədris ili gözləyir. Zəfər tariximizdən və sevgimizdən doğan Qarabağ Universitetinin ilk tədris ili.
Tehsil-press.az

Hidayət Heydərov,
Tanınmış iş adamı və xeyriyyəçi
Tanınmış iş adamı və xeyriyyəçi
Tehsil-press.az