Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək - RƏSMİ

Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək - RƏSMİ 2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər. Universitetin yerləşəcəyi bina hələlik rəsmi olaraq açıqlanmayıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, ali təhsil ocağının binası Bakının Xətai rayonunda yerləşəcək.

Bildirilir ki, TAU Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi saytımıza açıqlamasında məlumatı təsdiqləyib. "Universitetin BANM-ın əvvəlki binasında fəaliyyətə başlayacağı doğrudur", - açıqlamada deyilir.

BANM-ın isə 2024/2025-ci tədris ilində bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında fəaliyyət göstərəcəyi qeyd olunur.

Tehsil-press.az

Oxşar xəbərlər