MDU-nun Abituriyent Məsləhət Mərkəzi abituriyentləri göstərilən xidmətlərdən falydanmağa dəvət edir

MDU-nun Abituriyent Məsləhət Mərkəzi abituriyentləri göstərilən xidmətlərdən falydanmağa dəvət edir Əziz abituriyentlər və onların valideynləri,

Mingəçevir Dövlət Universiteti (MDU) abituriyentlərə dəstək olmaq məqsədilə Abituriyent Məsləhət Mərkəzinin fəaliyyətini uğurla davam etdirir. Bu mərkəz artıq 100-dən çox abituriyentə faydalı olub və sizi də bu imkandan yararlanmağa edirik.

MDU-nun əsas tədris binasında olan Kitabxanada fəaliyyət göstərən Mərkəzdə peşəkar komandamız tərəfindən tədris prosesi, ixtisas seçimi və qəbul qaydaları ilə bağlı geniş və faydalı məlumatlar əldə edə və psixoloji dəstək ala bilərsiniz. Əlavə olaraq, abituriyentlərin qarşılaşa biləcəyi hər hansı suallara cavab almaq üçün də buradan faydalana bilərsiniz. Mərkəzin bütün xidmətləri ödənişsiz olaraq təqdim olunur.

Əlavə məlumat və suallar üçün 051 500 4566 (WhatsApp) və ya 024 275 85 49 nömrələrinə zəng edə bilərsiniz.

Tehsil-press.az

Oxşar xəbərlər