Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı Milli Məclisin üzvü, professor Hikmət Babaoğlu olub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, onun rəhbərliyi ilə gənclərin inkişafı və vətənpərvər ruhda tərbiyəsi dövlətin əsas məqsədlərindən biri kimi müəyyən edilib. 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti mahiyyətcə yeni mərhələyə yüksəlib. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssalıqla yanaşır.
Milli Məclisin üzvü, professor Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu Öndərin dövlətçilik və azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya xalqın rifahına, milli kimlik şüurunun oyanmasına xidmət edir. Ölkəmizdə böyük ziyalı ordusunun yaranmasında Ümummilli Liderin danılmaz rolu olub.
Müstəqillik dövründə ölkəmizin vətəndaş müharibəsindən xilas olması, Ermənistanla atəşkəsin əldə edilməsi, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, iqtisadi və balanslaşdırılmış xarici siyasətinin əsasları da məhz Ulu Öndər tərəfindən qoyulub: “Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Ümummilli Liderin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi xalqımızın nicatına yol açdı, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi”.
Tədbirin sonunda qonaq gənclərin mövzu ilə bağlı suallarını cavablandırıb.
Tehsil-press.az