
Bu sözləri açıqlamasında Dr. Vüsal Kərimli deyib.
"Alimlərin mükafatlandırılması da elə nazirin yanaşmasının nəticəsidir. Alimlərin elmi adlarının alınması doğru yanaşma olmadığı üçün, başqa mexanizm qurulmalıdır. Elmi adların verilməsi birbaşa universitetlərin tabeliyinə verilməlidir. Müəllimlərin universitetlərdə fəaliyyətinə görə onlara dosent və ya professor adı verilir. Ancaq bu yalnız həmin universitet üçün keçərlidir. Həmin müəllim başqa universitetə keçdiyi zaman ona verilən ad tanınmaya bilər. Ali Attestasiya Komissiyasının verdiyi adlar hələ də üstünlük təşkil edir. Elmi adları Ali Attestasiya Komissiyası deyil, universitetlər verməlidir. Bu mexanizm üzərində çalışmaq lazımdır. Universitetlər bunu qəbul etsinlər ki, insanlar yalnız elmi adlar üçün fəaliyyət göstərməsinlər".
Tehsil-press.az