Bakı Apellyasiya Məhkəməsinin sədri barədə DTX-yə şikayət olundu

Bakı Apellyasiya Məhkəməsinin sədri barədə DTX-yə şikayət olundu Onlarla vətəndaşın milyonlarla vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan Qədim Ədilov barəsindəki həbs qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət təqdim edilib.

Şikayətə yaxın günlərdə baxılacaq.

Qədim Ədilovdan şikayətçilər onun Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovla əlaqələrindən xəbərdar olduqlarından azad ediləcəyindən narahatdırlar. Buna görə də ölkə rəhbərliyinə şikayət ünvanlayıblar.

“Bu şəxs təkcə maliyyə fırıldaqları ilə deyil, həm də radikal müxalifət dairələri ilə əlaqələri, ölkə rəhbərliyinə qarşı açıq hörmətsizlik dolu çıxışları və paylaşımları ilə tanınır.

Onun fəaliyyətinə görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İnterpol xətti ilə “qırmızı bülleten”lə beynəlxalq axtarışa verilməsi və 2024-cü ilin noyabrında Rusiyada həbs olunaraq Azərbaycana ekstradisiya edilməsi bu şəxsin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğunun açıq göstəricisidir.

Ancaq təəssüf ki, bütün bu qanuni və təhlükəsizlik tədbirləri Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bir anda puç oldu. 2024-cü ilin noyabrında Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn dələduzluqla suçlanan bu şəxsi məhkəmə zalında sərbəst buraxdı.

İddialara görə, bu qərar birbaşa məhkəmə sədri Mübariz Əkbərovun göstərişi ilə verilib. Məhz bu məqamda suallar yaranır: Dələduzu məhkəmə zalında azadlığa buraxmaq hansı hüquqi əsasla və hansı məqsədlə həyata keçirildi?

Daha maraqlısı isə odur ki, Qədim Ədilovun ölkəmizdə dövlət əleyhinə fəaliyyəti ilə tanınan şəxslərlə yaxın münasibətdə olması, onların toplantılarını maliyyələşdirdiyi ilə bağlı yayılan iddialar bu məsələyə siyasi məzmun da əlavə edir.

Əldə etdiyimiz məlumatlara əsasən, Qədim Ədilov sosial şəbəkələrdə ölkə rəhbərliyinə qarşı sərsəm fikirlər səsləndirib, “neft gəlirlərindən mənə də verin” kimi ironik paylaşımlar edib.

Bütün bunlar təsadüfmü, yoxsa arxasında daha böyük planlar dayanır?”

Şikayətçilər məhz buna görə də ölkə rəhbərliyinə müraciət edərək Dövlət Təhlükəsizliyi Xidməti və digər əlaqədar orqanların Qədim Ədilovla Mübariz Əkbərov arasında ola biləcək şübhəli əlaqələrin araşdırılmasını istəyirlər.

“Əgər doğrudan da bu gün Apellyasiya Məhkəməsinin sədri bir cinayətkara siyasi səbəblər, şəxsi əlaqələr və ya maraqlar ucbatından “qanad gərirsə”, bu, artıq təkcə hüquqi yox, milli təhlükəsizlik məsələsidir. Bu cür nümunələr dövlətin sütunlarına zərbə vurur”, - deyə zərərçəkənlər müraciətlərində qeyd edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər