Rusiyanı düşdüyü biabırçı durumdan yalnız bu addım çıxara bilər: Əgər Putin istəsə...

Rusiyanı düşdüyü biabırçı durumdan yalnız bu addım çıxara bilər: Əgər Putin istəsə... 15 AVQUST ASILQANINDAKI RUSİYA…

Rusiya dayanmır, yandırır, bombalayır, vurur…

…Və boynuna almır…

Azərbaycan ictimai rəyində isə xəfif bir “rus xofu” var… əslində həm də heç nə olmayacağını hamı bilir… Bu, sadəcə beşinci kolon piarı və əsirlərin psixoloji gərginliyinin son notlarıdır…

Çünki əslində qorxan Rusiyadır…. Gəlin birgə diqqət edək…

Rusiya Azərbaycan neftinin də ixrac edildiyi, Ukraynanın Odessa istiqamətində qaz kəməri sistemini, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin ikinci dəfə hədəfə alır. Bu, Azərbaycanda daxili ictimai xofa yönəlmiş və acizlik göstəricisi olan davranışdır.

Bunacan isə Rusiya Azərbaycanın Ukraynadakı səfirliyinin yanında partlayış törətmişdi…

Son hadisədə isə Azərbaycana aid sərnişin təyarrəsini planlı şəkildə vurdurmuşdu…

Bütün bunlar uduzduğu oyunda qarışıqlıq salan ağlı çaşmış uşaq cığallığıdır. Və bu həm də Rusiyanın içində yatan, əsirlərlə yaşı olan onun dövlət geninə hopmuş Azərbaycan nifrətinin göatəricisidir. Eyni zamanda Azərbaycanın Ukraynadakı fəaliyyətini dayandırmaq ehtirasıdır.

Rusiya uzun yüzilliklər boyu, SSRİ lideri kimi də islamabofiya və türkəfobiyadan əziyyət çəkib. İndi isə adı dünya tarixinə qardaş qırğını törədən dövlət kimi, həm də qanla yazılır. Rusiyanın dili bir, dini bir Ukraynaya münasibətini başqa cür dəyərləndirmək olmur.

İndi, artıq son təsir vasitəsi Ermənistan da əlindən çıxan Rusiyanı düşdüyü biabırçı durumdan bəlkə qismən, 15 avqusta Alyaskada keçiriləcəti planlanan Putin-Tramp görüşməsi çıxara bilər. O da Rusiyanın reallığı anlayıb, qəbul etməsi mümkün olarsa.

Rusiya artıq anlamalıdır, keçmiş postaovet məkanınında hər kəs ondan üz döndərib. Rusiyanın əlində son təsir vasitəsi hesab etdiyi MDB-də dağılmaq üzrədir. Moldova qurumu tərk edib, Azərbaycan tədbirlərinə qatılmır. Ermənistan kənarda durub. Qazaxıstan neytraldır və sair. Və son olaraq Azərbaycanın Baş nazirin müavini Yaqub Eyyubov MDB-nin İqtisadi Şurasının iclasına da qatılmadı.

Beləliklə, Rusiya artıq yırtıcı siyasətdən əl çəkməli, o cümlədən Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Çünki dünyanın nəhənglər strategiyası dəyişir. Və bu düzəndə Rusiya liderlərdən biri deyil. Orta statistik ölkədir. Keçmişdə imperiya olsa belə…

Tehsil-press.az

Oxşar xəbərlər