BDU-nun ictimai həyatında fəal iştirak edən könüllülər təltif olunublar

BDU-nun ictimai həyatında fəal iştirak edən könüllülər təltif olunublar Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin ictimai həyatında fəal iştirak edən könüllülərlə görüşüb.

Əliş Ağamirzəyev ölkəmizdə könüllülük hərəkatının ictimai həyatın müxtəlif sahələrində ölkə gənclərinin əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdiyini deyib. Bakı Dövlət Universitetinin ictimai həyatının aparıcı qüvvəsi olan “BDU könüllüləri” təşkilatı da yarandığı gündən ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda fəal iştirak edib, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verib. Təşkilatın üzvləri Universitetin sosial-ictimai həyatında, həmçinin tədrisin təşkili prosesində yaxından iştirak edirlər. Prorektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb.
Daha sonra Əliş Ağamirzəyev BDU könüllülərinin suallarını cavablandırıb.

Görüşün sonunda BDU-nun ictimai həyatında, Məzun Gününün, 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasının təşkilində fərqlənən fəal gənclər təltif ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər