Çaydan qadın meyiti tapıldı - Foto

Çaydan qadın meyiti tapıldı - Foto 19.06.2016-cı il tarixdə səhər Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən tehsil-press.az-a daxil olan xəbərə görə, meyitin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyyəsində cərrahiyyə əməliyyatının izləri var.
Nazirlik fotoşəkildəki bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02-21, (055) 221-52-48 və (050) 366-66-62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələrini xahiş edir.

Çaydan qadın meyiti tapıldı - Foto

Tehsil-press.az

Oxşar xəbərlər