Polşanın “Plagiat.pl” şirkəti Dövlət İqtisad Universitetində təlimlərə başlayıb

Polşanın “Plagiat.pl” şirkəti Dövlət İqtisad Universitetində təlimlərə başlayıb Polşanın tanınmış “Plagiat.pl” şirkəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlərə başlayıb.
Universitetin şöbə müdiri Həmid Həmidov iştirakçılara təlimin məqsədi barədə məlumat verib. Qeyd edilib ki, UNEC-də ötən tədris ilindən plagiat proqramının tətbiqinə başlanılıb. Yeni tədris ilindən də bu proses davam etdiriləcək. Kafedraların müvafiq əməkdaşları universitetdə təqdim olunan tədris metodik vəsaitlərin, dissertasiyaların, buraxılış işlərinin antiplagiat sistemi ilə qiymətləndirilməsi barədə məlumatlandırılacaq.
Sonra “Plagiat.pl” şirkətinin nümayəndəsi proqramın işləmə mexanizmi barədə iştirakçılara məlumat verib.
Sonda plagiata qarşı tədbirlər müzakirə olunub, suallar cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti


Polşanın “Plagiat.pl” şirkəti Dövlət İqtisad Universitetində təlimlərə başlayıb

Oxşar xəbərlər