Nəsibə Zeynalovanın yubileyi ilə əlaqədar film nümayişləri keçiriləcək

Nəsibə Zeynalovanın yubileyi ilə əlaqədar film nümayişləri keçiriləcək Nizami Kino Mərkəzində Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək.
Kino Mərkəzindən Tehsil-press.az-a verilən məlumata görə, həftə ərzində, noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, 24-də əfsanəvi “Bizim Cəbiş müəllim”, 25-də “Qanun naminə” bədii filmləri və 26-da “Qaynana ” komediyası təqdim olunacaq.
Filmlərə giriş sərbəstdir.
Seansların saatı haqqında məlumatı kinomərkəzin məlumat mərkəzindən ala bilərsiniz:
tel - 493 28 18

Tehsil-press.az

Oxşar xəbərlər