Xalq Yazıçısı tələbələrin qonağı olub

Xalq Yazıçısı tələbələrin qonağı olub Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xalq Yazıçısı Mövlud Süleymanlı ilə tələbələrin görüşü olub.
Tehsil-press.az-a bildiriblər ki, “Milli mentalitet və mütaliə mədəniyyəti” layihəsi çərçivəsində keçirilən görüşdə universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev mütaliənin dünyagörüşün inkişafında mühüm rolundan danışıb.
Görüşdən məmnunluğunu yazıçı M.Süleymanlı milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən bəhs edib, bədii ədəbiyyat barədə fikirlərini bölüşüb, gəncləri mütaliəyə çağırıb, onlara tövsiyələrini verib.
Tələbələrin suallarını cavablandıran yazıçı onlara kitablarını hədiyyə edib.

ADNSU-nun Mətbuat Xidməti


Xalq Yazıçısı tələbələrin qonağı olub
Xalq Yazıçısı tələbələrin qonağı olubXalq Yazıçısı tələbələrin qonağı olub

Oxşar xəbərlər