
Tehsil-press.az xəbər verir ki, ABŞ-ın Midvestern Universitetinin alimləri kor bağırsağı olan 533 məməlinin təkamülünü araşdırıb. Alimlər hər bir kor bağırsağın zamanla necə dəyişdiyini diqqətlə sənədləşdirib. Məlum olub ki, o, orqanizmdə heç vaxt yoxa çıxmayıb və deməli, kor bağırsağın hansısa konkret məqsədi olub.
Alimlər müəyyən ediblər ki, kor bağırsağı olan fərdlərdə immun sistemi üçün zəruri olan limfatik toxumanın yüksək konsentrasiyası var. Limfa toxumaları bəzi “yaxşı” bakteriya növlərinin artmasını stimullaşdırır. Deməli, insanın kor bağırsağı bu mikroorqanizmlərin təhlükəsiz sığınacağı ola bilər.
Yeni tədqiqatlar fərz etməyə imkan verir ki, insanın kor bağırsağı sağlamlıq üçün əvvəllər hesab edildiyindən çox vacibdir.
Tehsil-press.az