ADU-da növbəti mediatur təşkil olunub

ADU-da növbəti mediatur təşkil olunub Yanvarın 27-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti mediatur təşkil olunub.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, olke.az saytının baş redaktoru Məmməd Gülməmmədov, enter.news portalının rəhbəri Elçin Bayramov, eləcə də “Şərq” qəzetinin, CBC televiziyasının, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), ann.az, teleqraf.com saytlarının təmsilçiləri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirak etdiyi monitorinq çərçivəsində universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. O, payız semestrinin imtahan sessiyasının şəffaf, normativ sənədlərə uyğun və qərəzsiz keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. İmtahan sessiyasında tətbiq olunan bir sıra yeniliklər barədə söz açan Ə.Abdullayev imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirildiyini, yazı işlərinin yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq anonimliyi qorunmaqla təsdiqləndiyini söyləyib. Ə.Abdullayev onu da qeyd edib ki, payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə universitetdə Operativ Qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib. Şəffaf qutular İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə dəfələrlə açılıb, tələbələr tərəfindən bildirilən irad və təkliflər təhlil olunaraq müzakirə olunub.
Görüşdən sonra KİV nümayəndələri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə imtahanlar izlənilib. Mediatur iştirakçıları imtahan otaqlarına baxış keçirərək, onun gedişatı ilə tanış olublar.
Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mubadiləsi aparılıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunubADU-da növbəti mediatur təşkil olunub

Oxşar xəbərlər