
Tehsil-press.az-n verdiyi məlumata görə, Elmar Məmmədyarov Sergey Lavrovun dəvəti ilə hazırda Moskvada rəsmi səfərdədir.
"Rusiya artıq 20 ildən çoxdur ki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas vasitəçi kimi və ATƏT-in Minsk qrupunun həmsədri qismində çıxış edir. Xalqlarımızın ümumi tarixi və coğrafi yaxınlığını nəzərə alaraq bu münaqişənin həlli bizim üçün birinci dərəcəli əhəmiyyətə malikdir", - Rusiya XİN-də deyiblər.
Nazirlikdə qeyd ediblər ki, Rusiyanə və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında qurulmuş strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Hazırda iki ölkə arasında 80-dən çox dövlətlərarası və hökumətlərarası saziş imzalanıb.
"Ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Rusiya-Azərbaycan ticarət dövriyyəsi 2016-ci ilin yekunlarına görə 1954,3 mln. dollar təşkil edib", - nazirlikdə qeyd ediblər.
Nazirlikdən qeyd ediblər ki, regionlararası əməkdaşlıq Rusiya-Azərbaycan münasibətlərinin mühüm tərkib hissələrindən biridir.
"Qarşıdakı səfəri qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi, Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi kontekstində nəzərdən keçiririk", - nazirlikdə deyiblər.