UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində

UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində UNEC-in əcnəbi tələbələri dahi Azərbaycan şairi Səməd Vurğunun ev-muzeyində olublar.
Şairin nəticəsi, “Gənclər üçün Prezident Mükafatının laureatı”, Fransanın “Ecole Normale de Musique de Paris - Alfred Cortot” Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov tələbələrə muzey haqqında ətraflı məlumat verib. Onları yeni yaradılan “60-cılar nəsli” ekspozisiyası ilə tanış edib. Burada nümayiş edilən ötən əsrin 60-cı illərinin görkəmli nümayəndələrinin portretləri, Xalq Rəssamı Səttar Bəhlulzadənin tablosu, Xalq Şairi Vaqif Səmədoğlunun çəkdiyi rəsmlər, 60-cı illərdə yazdığı “Samizdat” adı ilə çıxan şeirləri, o illərdə dəbdə olan məişət əşyaları əcnəbi tələbələrin marağına səbəb olub.
V.Vəkilov UNEC tələbələri üçün bir zamanlar görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayevin bu evdə qonaq olarkən ifa etdikləri əfsanəvi royalda klassik Azərbaycan musiqiləri ifa edib.
Xüsusi ilə Səməd Vurğunun ev-muzeyində nümayiş etdirilən sazı və tüfənginə heyran qaldıqlarını bildirən tələbələr sonda Azərbaycan dilində şairin “Azərbaycan” şeirini səsləndiriblər.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti


UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyindəUNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyindəUNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyindəUNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyindəUNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyindəUNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyindəUNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində

Oxşar xəbərlər