Mikroavtobus partlayıb: 10 ölü

Mikroavtobus partlayıb: 10 ölü Somalinin cənubundan Aşağı Şabelle regionunda mikroavtobusun partlaması nəticəsində 10 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Təhsil-press.az-ın verdiyi məlumata görə, hücum paytaxt Moqadişodan 110 km cənub-qərbdə, Əl-Qaidə ilə bağlı olan Əl-Şabaab qruplaşmasının nəzarət etdiyi Qolveyn kəndində baş verib.
Bulamar hərbi dairəsindən olan polkovnik Həsən Mohamməd deyib: "Biz sakinlərdən təsdiq aldıq ki, aprelin 6 Qolveyn kəndində mikroavtobusun yolun kənarında olan bombaya çırpılması nəticəsində ən azı 10 mülki şəxs həlak olub, daha 10 nəfər yaralanıb".

Təhsil-press.az

Oxşar xəbərlər