“Gözəl yurdumuzu uşaqkən gəzək” layihəsi çərçivəsində tədbir keçirilib

“Gözəl yurdumuzu uşaqkən gəzək” layihəsi çərçivəsində tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin S.Vurğun adına Mərkəzi Kitabxanasının uşaq şöbəsində “Gözəl yurdumuzu uşaqkən gəzək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Layihənin “Fidan bələdçilər” proqramı əsasında keçirilən tədbirində Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin aparıcı mütəxəssisi Ayişə Səfərli iştirak edib. O, azyaşlı uşaqlara turizmin növləri, ölkəmizin, eləcə də şəhərimizin turizm potensialı, turizm obyektləri, Sumqayıtın coğrafi qonşuları və digər mövzular haqqında geniş məlumat verib. Eyni zamanda, uşaqlar səyahətdə olduqları şəhərlər, ölkələr haqqında fikirlərini bölüşüb, maraqlı diskusiya aparıblar.
Diskussiya zamanı oxuculardan İsmayıl Hüseynov, Nərmin Əliyeva, Aysu Hüseynova, Mirkənan Mahmudov, Zeynəb Hüseynəli və digərləri xüsusi fəallıq göstəriblər.
Daha sonra uşaqlar kənd turizmi mövzusunda Azərbaycan cizgi filmini izləyib, mövzu ilə əlaqədar müzakirələr aparıblar.
Sonda Ayişə Səfərli uşaqları maraqlandıran sualları cavablandırıb, növbəti tədbir üçün uşaqlara müəyyən tapşırıqlar verib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


“Gözəl yurdumuzu uşaqkən gəzək” layihəsi çərçivəsində tədbir keçirilib“Gözəl yurdumuzu uşaqkən gəzək” layihəsi çərçivəsində tədbir keçirilib“Gözəl yurdumuzu uşaqkən gəzək” layihəsi çərçivəsində tədbir keçirilib“Gözəl yurdumuzu uşaqkən gəzək” layihəsi çərçivəsində tədbir keçirilib

Oxşar xəbərlər