
Daha sonra kitabın müəlliflərindən olan B.Bağırlı, BSU-nun əməkdaşları İ.Carçıyeva, M.Nadirli, N.Kərimli, Gürcüstandan gəlmiş professor D.Z.Qosiridze çıxış edərək dərsliyin və metodik vəsaitin təkcə tələbələr üçün deyil, bütün rus dilini öyrənənlər üçün maraqlı olacağını bildiriblər.
“В стране русского языка” kitabı ilə bağlı BSU-nun rektoru, professor N.Əliyeva, Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının Prezidenti, akademik L.A.Verbiskaya (Rusiya), “Rus dili xaricdə” jurnalının baş redaktoru, professor İ.A. Orexova (Rusiya) çıxış ediblər. Onlar adıçəkilən kitabın rus dilində baş verən dəyişiklikləri, elmi-texniki inkişafla bağlı dildə baş verən prosesləri nəzərə aldığını qeyd ediblər. Akademik L.A.Verbiskaya çıxışı zamanı rus televiziyalarında və radiolarında dil normaları ilə baş verən dəyişiklər üzərində xüsusi dayanıb.
BSU-nun Mətbuat Xidməti

