
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Ləman Məmmədovanın fərdi sərgisini təqdirəlayiq hal kimi qiymətləndirib və rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sərgi ilə yaxından tanış olan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, İncəsənət fakultəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova da Ləman Məmmədovanın özünəməxsus dəst-xətti və manerası olduğunu dilə gətirərək, seçilmiş mövzulara uyğun yaradılan sənət nümunələrinin rəssamın istedadının və incə duyumunun ifadəsi olduğunu vurğulayıblar.
Tədbir iştirakçılarına minnətdarlığını bildirən Ləman Məmmədova sənətə olan sonsuz sevgisindən və gələcək planlarından söz açıb.
Qeyd edək ki, sərgidə rəssamın müxtəlif mövzuları əhatə edən 37 əsəri nümayiş etdirilib. Əsasən natürmort və mənzərə janrlarında çəkilən əsərlərin böyük əksəriyyəti Naxçıvana və doğma yurdun tarixi abidələrinə həsr olunub.
NDU-nun Mətbuat Xidməti

