Azərbaycanlı bilicilər Estoniyada yarışacaqlar

Azərbaycanlı bilicilər Estoniyada yarışacaqlar "ETV+" telekanalının informasiya dəstəyi ilə avqustun 25-27-də Estoniyanın Pyarnu şəhərində bilicilərin ümumdünya oyunları – "Znatokiada" keçiriləcək.
"Znatokiada"da 22 ölkədən, o cümlədən Latviya, Litva, Rusiya, Ukrayna, Almaniya, Kanada, İsrail və Azərbaycandan 85 komanda iştirak edəcək. Azərbaycan Faiq Hüseynovun komandası ilə təmsil olunacaq.
Bilicilər "Nə? Harada? Nə zaman?", " Öz oyunun" və "Xəmsə" populyar intellektual oyunlarında mübarizə aparacaqlar. Proqramda ölkələrin Olimpiya Kuboku da nəzərdə tutulub. Bütün oyunlar rus dilində keçiriləcək.
"ETV+" telekanalının baş redaktoru Darya Saar deyib: "Biz "Xəmsə" və "Öz oyunun" kimi bir neçə oyunu "Facebook" səhifəmizdə göstərməyi planlaşdırırıq". O bildirib ki, bütün nəticələri telekanalın saytında, habelə hər gün saat 20.15-də efirə çıxan "Letneye VREMYA" proqramında izləmək olar.
Festivalın təşkilat komitəsinin başçısı Yuliya Vorobyova deyib: "Znatokiada" - bilicilərin ümumdünya oyunları 20 ölkədən 500-dən çox adamın intellektual-mədəniyyətlərarası dialoq üçün bir neçə gün ərzində görüşdüyü məkandır".
"Znatokiada" hər il müxtəlif ölkələrdə keçirilir və inzibati sərhədlərin ayırdığı insanları ümumi oyunda birləşdirir. Ümumdünya oyunları doqquzuncu dəfədir keçirilir. Ötən il "Znatokiada"ya Azərbaycan ev sahibliyi edib.

Təhsil-press.az

Oxşar xəbərlər