
Qeyd edək ki, tamaşadakı hadisələr Bakı şəhərindəki mehmanxanalardan birində cərəyan edir. Komediya janrında olan bu əsərdə ağa ilə nökərin məzəli münasibətlərindən, bir ağanın digər ağaya göndərdiyi ballıbadıdan söhbət açılır.
Tamaşaçılar tərəfindən yüksək rəğbət və alqışlarla qarşılanan tamaşanın rejissoru Amil Babayev, quruluşçu rəssamı Aytən Xanəliyeva, musiqi tərtibatçısı Kazım Əsgərov, dekorasiyaçı Rəşid Qocayevdir.
Tamaşada Amil Babayev, Cəlal Məcidov, Elmir Əliyev, Günel Cəfərova, Əzizə Əmrahova maraqlı obraz yaradaraq uğurlu ifa nümayiş etdiriblər.
Xatırladaq ki, Sumqayıt şəhər “28 may” mədəniyyət evinin nəznində fəaliyyət göstərən “Xalq tetarı” 17 illik fasildən sonra fəaliyyətini 2016-cı ildə yenidən bərpa edib və 3 böyük tamaşa ilə tamaşaçılar qarşısında çıxış edib. “Xalq teatrı” repertuarında dahi Üzeyir Hacıbəyovun əsərləri ilə yanaşı tanınmış ölkə yazarlarının da əsrlərinə müraciət edir.
Bundan əlavə, teatrın kollektivi “20 yanvar”, “Xocalı” faciələrinin ildönümlərində, o cümlədən əlamətdar tarixi günlərdə, bayramlarda tamaşaçılar qarşısında tetarlaşdırılmış səhnələrlə çıxış edib, maraqlı kompozisiyalar nümayiş etdiriblər.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti





