UNEC-də fakültələrin innovasiya fəaliyyəti qiymətləndiriləcək

UNEC-də fakültələrin innovasiya fəaliyyəti qiymətləndiriləcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ən innovativ fakültəsi müəyyən ediləcək.
Texnologiya Transfer Mərkəzinin (TTM) həyata keçirdiyi tədqiqat fakültələrin innovasiya fəaliyyətini tam əks etdirən 4 modul və 34 göstəricidən ibarət olacaq. Fakültənin tərkibindəki kafedralar innovativ tədris sistemi, innovasiya fəaliyyətinə görə dəyərləndiriləcək. Fakültələrin innovasiya reytinqi tərtib ediləcək. Burada son bir il ərzində innovasiya sahəsində ölkə daxilində yenidən hazırlanma və təkmilləşdirmə təlimlərində iştirak edən müəllim və inzibati heyətin, o cümlədən xaricdə təcrübə və təlim keçən universitet əməkdaşlarının nisbəti əsas götürüləcək. Biznes inkubatorda təqdim olunan tələbə layihələri, doktorant və dissertantlara verilən innovasiyalarla bağlı araşdırma mövzuları kimi mühüm göstəricilər də bu reytinqin formalaşmasında əhəmiyyət kəsb edəcək.

UNEC-nin Mətbuat xidməti


Oxşar xəbərlər