ADPU-da Dövlət Bayrağı Günü qeyd olunub

ADPU-da Dövlət Bayrağı Günü qeyd olunub Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı təşkil edilib.
Azərbaycanın dövlət himni səsləndirilib. Sonra üçrəngli dövlət bayrağımız "Koroğlu" uvertürasının sədaları altında səhnəyə gətirilib.
Universitetin musiqi və onun tədrisi metodikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilovanın rəhbərliyi ilə tələbələrdən ibarət xor vətənpərvərliklə bağlı mahnılar ifa ediblər. Həmçinin tələbələrin ifasında şeirlər səsləndirilib, xalq rəqslərimiz təqdim olunub.
Konsert proqramı universitet kollektivi tərəfindən maraqla qarşılanıb.

ADPU-nun Mətbuat Xidməti


ADPU-da Dövlət Bayrağı Günü qeyd olunub

ADPU-da Dövlət Bayrağı Günü qeyd olunub


Oxşar xəbərlər