UNEC-də Dövlət Bayrağı Günü

UNEC-də Dövlət Bayrağı Günü UNEC tələbələri Dövlət Bayrağı Gününü sərgi və bilik yarışı ilə qeyd ediblər.
Tələbələrin əl işlərindən ibarət “Üçrəngli bayrağım” mövzusunda keçirilən rəsm sərgisində Ümummilli lider Heydər Əliyevin bayraq haqqında fikirləri səsləndirilən videoçarx nümayiş etdirilib. UNEC Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarxda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının yenidən Ulu öndərin təşəbbüsü ilə təsis olunması barədə də məlumat yer alıb.
Sərgiyə baxış keçirən UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası və onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmasını müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Ulu öndərin mütərəqqi siyasi kursunun mahir davamçısı kimi Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Ziyarətçilər tələbələrin əsərlərində dövlət bayrağının çalarlarını milli ornamentlər, memarlıq abidələri və təbiətlə uzlaşdırmaq məharətlərini yüksək qiymətləndiriblər.
Böyük maraqla qarşılanan sərgi UNEC Yaradıcılıq Mərkəzinin və Dizayn kafedrasının təşkilatçılığı ilə keçirilib.
UNEC-in İqtisadçı Vətənpərvərlər Mərkəzi isə “Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim” devizi altında bilik yarışı təşkil edib. 3 mərhələdən ibarət olan yarışda 15 komandanın Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı bilikləri sınağa çəkilib. Gərgin və maraqlı keçən yarışda İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “Generalissimus” komandası qalib olub. 2-ci və 3-ci yerlərə isə Əmtəəşünaslıq fakultəsinin “374” və “Game Over” komandaları layiq görülüb.
“Generalissimus” komandasının üzvlərinə kubok və medallar, digər finalçılara isə diplomlar təqdim edilib.

UNEC-də Dövlət Bayrağı GünüUNEC-də Dövlət Bayrağı GünüUNEC-də Dövlət Bayrağı GünüUNEC-də Dövlət Bayrağı Günü
UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər