UNEC kollektivi iməcilik keçirib

UNEC kollektivi iməcilik keçirib Dekabrın 24-də UNEC kollektivi Badamdar qəsəbəsində öncədən əkdikləri yaşıllıq zolağında iməcilik keçirib.
Universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri ötən il dekabrın 24-də qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə əkdikləri 1500-dən artıq ağaca qulluq ediblər.
Qeyd edək ki, UNEC-in yaşıllıq zonasının salınmasında əsas məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi layihələrinə dəstək göstərmək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir.

UNEC-in Mətbuat Xidməti


UNEC kollektivi iməcilik keçiribUNEC kollektivi iməcilik keçiribUNEC kollektivi iməcilik keçiribUNEC kollektivi iməcilik keçiribUNEC kollektivi iməcilik keçirib

Oxşar xəbərlər